Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı üzrə kredit sazişi imzalayıblar

Posted by

Dünya Bankı (DB) və Azərbaycan hökuməti kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi haqqında layihənin reallaşdırılmasına 34,5 milyon dollar həcmində kreditin ayrılması haqqında saziş imzalayıblar.

Trend-in məlumatına görə, sənədi iyunun 12-də DB-nin Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko və Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıblar.

Kredit sazişinə əsasən, vəsait 4 illik güzəştlə və illik libor+0,85 faiz dərəcəsi ilə 15 il müddətinə ayrılıb.

Layihənin ümumi dəyəri 54,25 milyon dollardır. Bundan 34,5 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupuna daxildir) krediti hesabına ayrılacaq, qalan hissəsi isə ölkənin layihədə payına düşür.

Layihənin reallaşdırma müddəti 4 ildir.

Trend.az