Bakı və Sumqayıtı yüngül elektrik nəqliyyatı birləşdirə bilər

Posted by

Bakı və Sumqayıtı yüngül elektrik nəqliyyatı birləşdirə bilər

Bakı və Sumqayıtı yüngül elektrik nəqliyyatı birləşdirə bilər

Bakı və Sumqayıtı yüngül elektrik nəqliyyatı birləşdirə bilər

Bakı və Sumqayıt arasında yüngül elektrik nəqliyyatı olacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, hazırda Nəqliyyat Nazirliyi belə imkanı nəzərdən keçirir: “Bu istiqamətdə sərnişin axını çoxdur ki, bu da yeni variant və layihələrin nəzərdən keçirilməsini tələb edir”.

M.Pənahov qeyd edib ki, ictimai nəqliyyatın təkmilləşdirilməsi üzrə fəal işlər aparılır ki, bu da sərnişindaşımanın səviyyəsinin artırılmasını nəzərdə tutur: “Xüsusilə Bakıya xeyli sayda avtobus və taksi avtomobillərinin gətirilməsi nəzərdə tutulur ki, bu da sərnişindaşımanın keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”.

 

Trend.az