“İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrası məqsədi ilə 1 aprel 2022-ci il tarixində Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən Estoniya-Azərbaycan Evində “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda adlı foto-sərgi keçirilmişdir.
![](https://azhumanrights.az/wp-content/uploads/2022/04/05-04-1024x768.jpg)
Foto-sərginin açılış mərasimində Estoniya ictimaiyyətinin, Estoniyada yaşayan müxtəlif xalqların nümayəndələri, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının səfirliyinin əməkdaşları, Estoniyada yaşayan azərbaycanlılar iştirak etmişdir. Foto-sərginin açılış mərasimində, həmçinin Estoniyada təhsil alan azərbaycanlı gənclərin ifasında tədbirin mahiyyətinə uyğun milli musiqilərimiz ifa olunmuşdur.
Tədbiri ümumilikdə yüzlərlə insanın ziyarət etməsi gözlənilir.
Foto-sərgi 20 gün ərzində Azərbaycan evində sərgilənəcəkdir.
Mətbuat Xidməti
04.04.2022