ATƏT Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər keçirmək niyyətindədir

Posted by

ATƏT Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər keçirmək niyyətindədir

ATƏT Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər keçirmək niyyətindədir

ATƏT Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər keçirmək niyyətindədirİyunun 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Seyxülislam Allahşükür Paşazadə ATƏT-in Bakıda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini onun öz xahişi ilə qəbul edib. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

 

Görüşdə A.Paşazadə ona Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün yaradılan bərabər şərait, dini-mənəvi abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğı barədə məlumat verib. QMİ sədri rəhbərlik etdiyi dini mərkəzin Azərbaycan, Qafqaz miqyasında, habelə MDB miqyasında həyata keçirdiyi tədbir və layihələr barədə də qonağı məlumatlandırıb.

 

ATƏT rəsmisi təmsil etdiyi qurumun tolerantlıqla bağlı layihələrinin olduğunu, bu baxımdan Azərbaycanda mövcud tolerantlıq ənənələrinin bütün Avropa üçün önəm kəsb etdiyini xüsusi vurğulayaraq, yaxın gələcəkdə bu təcrübəni təşviq etmək məramı ilə birgə tədbirlər keçirmək niyyətində olduqlarını bildirib. Bu növ tədbirlərin dünyada artması müşahidə olunan radikallıq meyilləri ilə mübarizədə əhəmiyyətli olacağına əmin olan qonağın fikrincə, tarixən tolerantlıq ənənələrinə malik və dövlət səviyyəsində multikulturalizm ideyalarını dəstəkləyən Azərbaycanın təcrübəsinin bütün dünyada təbliği oldugca vacibdir.

 

Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitablar hədiyyə edilib.

 

Trend.az