Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinləniləcək

Posted by

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar dekabrın 20–də paytaxtın Binəqədi və Qaradağ rayonlarında keçiriləcək.

BŞTİ-dən AzərTAc-a bildiriblər ki, Binəqədi rayonu üzrə 182 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 179, 182, 205, 300, 301, 314 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Qaradağ rayonu üzrə 274 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə Müşfiqabad qəsəbəsindəki 274, 320 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10.00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədi daşıyır.

AzərTac.az