Azərbaycan alimlərinin I Qurultayı keçirilir

Posted by

Azərbaycan alimlərinin I Qurultayı keçirilirAzərbaycan alimlərinin I Qurultayı keçirilir

Azərbaycan alimlərinin I Qurultayı keçirilir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan alimlərinin I Qurultayı keçirilir.

 

APA-nın xəbərinə görə, AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edirlər.

 

Tədbirdə öncə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

 

AMEA prezidenti, akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, milli birliyin, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmənin əsasında da bir çox elmi faktorlar durur: “Xalqımızın tarixini, qədim ənənələrini, zəngin mədəni irsini qoruyub saxlamaq üçün, onları gələcək nəsillərə ərməğan kimi çatdırmağa qadir olmaq üçün humanitar elmlərin bütün spektrləri geniş vüsət almalıdır”.

 

Təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da tədbirdə məruzə ilə çıxış edəcək.

 

Qurultayın sonunda Azərbaycan Alimlərinin I qurultayının Bəyannaməsi qəbul olunacaq və qurultay iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanacaq.

 

Apa.az