İslamabadda 28 May Respublika Günü qeyd olunub

Posted by

İslamabadda 28 May Respublika Günü qeyd olunub

İslamabadda 28 May Respublika Günü qeyd olunub

İslamabadda 28 May Respublika Günü qeyd olunub

İslamabadda 28 May Respublika Günü münasibəti ilə əlaqədar təntənəli mərasim keçirilib.

 

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Pakistan Senatının Sədr müavini Sabir Əli Bəluc, Dini İşlər və Dinlərarası Harmoniya Naziri Sərdar Məhəmməd Yusif, Fövqəladə Hallar Naziri Məhəmməd Səid Alim, Ticarət Naziri Abbas Afridi, Parlamentin sabiq spikeri Qöhar Əyub Xan, sabiq xarici işlər naziri, Pakistan Senatı və Milli Assambleyanın üzvləri, tanınmış siyasətçilər, Pakistan ordusunun generalları və yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri, və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

 

Tədbirin keçirildiyi salon Azərbaycan bayraqları, həmçinin Azərbaycanın Prezidenti İlham Əliyev və Pakistanın Prezident Məmnun Hüseynin portretləri ilə bəzədilib.

Müstəqil Azərbaycanın yaranması və inkişafı haqqında video çarx nümayiş etdirilib. Azərbaycandan gəlmiş Milli Filarmoniyanın musiqiçiləri Rauf Məsimov, Könül Tağıyeva və Samir Şahbədinovun ifasında milli musiqi kompozisiyaları dinlənib.

 

Azərbaycan və Pakistanın milli himnlərinin ifasından sonra tədbir iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 70 illik fasilədən sonra Azərbaycanın yenidən müstəqilliyə qovuşması haqqında danışıb.

Tədbirə qatılan tanınmış siyasətçi, Pakistanın dini işlər və dinlər arası harmoniya naziri Sərdar Məhəmməd Yusif çıxış edərək Pakistan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrindən danışıb, Pakistan hökuməti və xalqı adından Azərbaycan Prezidentini və xalqını Respublika Günü münasibəti ilə təbrik edib.

 

Mərasim zamanı, Urdu dilində nəşr edilmiş “Azərbaycan-odlar yurdu” adlı kitab, Azərbaycanın inkişafını işıqlandıran DVD disklər, həmçinin “Diplomatic Star”, “Diplomatic İnsight”, “Centreline”, “Diplomatic Focus” jurnalları, “Dawn”, “Pakistan Observer”, “The News”, “Daily Times”, “The Nation”, “Frontier Post”, “Metro Watch”, “Daily Pardez”, “Azkaar”, “Navai Vakt” qəzetlərinin nüsxələri tədbir iştirakçılarına paylanılıb.

 

Tədbirdə iştirak edən Pakistan Senatının sədr müavini Sabir Əli Bəluc çıxışında 2013-cü ilin oktyabr ayında Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizə səfər etdiyini, Azərbaycanın prezidenti İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb. O, xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən ətraflı söhbət açaraq, Azərbaycanın prezidenti İlham Əliyevə ikitərəfli qardaşlıq əlaqələrinin inkişafına verdikləri töhfələrinə görə minnətdarlıq edib, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən humanitar layihələri yüksək qiymətləndirib.

 

Respublika Gününün Pakistanda qeyd olunması təbirləri çərçivəsində Azərbaycan səfiri Daşqın Şikarov Pakistanın aparıcı “VAKT TV” televiziya kanalına müsahibə verib. Müsahibədə səfir D.Şikarov, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, ADR hökumətinin apardığı islahatlar barəsində məlumatlar verib. D

 

Eyni zamanda Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetində səfir D. Şikarovun “Müsəlman dünyasında ilk demokratik Respublika” adlı məqaləsi dərc edilib, “Metro Watch” qəzetinin xüsusi buraxılışı Azərbaycana həsr edilib.

 

 

Apa.az