Respublika Gününə həsr olunmuş təntənəli toplantıda Azərbaycanın müstəqillik tarixinə nəzər salınmışdır

Posted by

Respublika Gününə həsr olunmuş təntənəli toplantıda Azərbaycanın müstəqillik tarixinə nəzər salınmışdır

Respublika Gününə həsr olunmuş təntənəli toplantıda Azərbaycanın müstəqillik tarixinə nəzər salınmışdır

Respublika Gününə həsr olunmuş təntənəli toplantıda Azərbaycanın müstəqillik tarixinə nəzər salınmışdır

Qazax rayonunda Respublika Gününə həsr olunmuş təntənəli toplantı keçirilmişdir.

Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənovanın məruzəsi, YAP rayon təşkilatının sədri Həmid Pənahovun, mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyevin, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktor müavini Məmməd Yusifovun çıxışları dinlənilmişdir. Məruzə və çıxışlarda müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yola bir daha nəzər salınmış və vurğulanmışdır ki, Cümhuriyyətin yaranması nəticəsində vaxtilə itirilmiş dövlətçiliyimiz bərpa edilmiş, eyni zamanda, demokratik prinsiplərə əsaslanan müstəqil Azərbaycan dövlətinin təşəkkülünün əsası qoyulmuşdur.

Cümhuriyyətin süqutundan sonra baş verən hadisələri xatırladan məruzəçi qeyd etmişdir ki, 70 ildən çox sovet imperiyasının tərkibində yaşamasına baxmayaraq, Azərbaycanın üçrəngli bayrağı XX əsrin sonlarında bir daha yüksəlmiş, ölkəmiz böyük itkilər və qanlar bahasına yenidən müstəqillik qazanmışdır. Lakin bu dəfə də Azərbaycanın başı üzərini qara buludlar almış, vətəndaş müharibəsi astanasında olan ölkəmiz parçalanmaq və məhv olmaq həddinə gəlib çıxmışdı. Belə bir ağır bir gündə xalqın xahişi və təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmış, ölkəmiz və müstəqilliyimiz üçün yaranmış bütün təhlükələrin qarşısını almışdı.

Tədbirdə vurğulanmışdır ki, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin polad iradəsi və qətiyyəti, müdrik siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi və sarsılmazlığı təmin olunmuş, dövlətçiliyimizin möhkəm əsasları yaradılmışdır. Müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, çox böyük iqtisadi və siyasi nailiyyətlərə imza atır.

 

AzərTac.az