Səfir: “Ukraynanın MDB-ni tərk etməsi məsələsi müzakirə olunur”

Posted by

Səfir: "Ukraynanın MDB-ni tərk etməsi məsələsi müzakirə olunur"Səfir: “Ukraynanın MDB-ni tərk etməsi məsələsi müzakirə olunur”

Səfir: "Ukraynanın MDB-ni tərk etməsi məsələsi müzakirə olunur"

Ukrayna MDB-dən çıxmağı nəzərdən keçirir”. APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksanr Mişşenko deyib.

 

Səfir bildirib ki, hazırda bu məsələ Ukraynanın gündəmindədir: “Hazırda ölkəmizin MDB-ni tərk etməsi müzakirə olunur. Bunun başlıca səbəblərindən biri odur ki, Ukrayna böhranı zamanı bu təşkilat səviyyəsində ciddi addımlar atılmadı. Kiyev dəfələrlə MDB dövlət başçılarının və xarici işlər nazirlərinin Ukraynada sammitinin keçirilməsi barədə müraciət ünvanlayıb, lakin bu müraciət müsbət nəticə verməyib”.

 

GUAM-la gəlincə, A. Mişşenko ölkəsinin bu ittifaqdakı gələcəyinə nikbin yanaşdığını söyləyib: “GUAM son zamanlar aktivləşib. Bu ölkələrin hamısı oxşar problemləri yaşayır və ortaq hədəfləri var. Bizim müzakirə edəcək ortaq məsələlərimiz çoxdur. Hazırda Ukraynada yeni hökumət formalaşır və bu ittifaqla bağlı yeni hökumətin də siyasi kursunda daha dəqiq məqamların yer alacağını gözləyirik”.

 

APA.az