Rusiya Miqrasiya Xidmətinin rəhbəri MDB ölkələrinin səfirlərindən öz vətəndaşları arasında maarifləndirmə işi aparmalarını xahiş edib

Posted by

Rusiya Miqrasiya Xidmətinin rəhbəri MDB ölkələrinin səfirlərindən öz vətəndaşları arasında maarifləndirmə işi aparmalarını xahiş edibRusiya Miqrasiya Xidmətinin rəhbəri MDB ölkələrinin səfirlərindən öz vətəndaşları arasında maarifləndirmə işi aparmalarını xahiş edib

Rusiya Miqrasiya Xidmətinin rəhbəri MDB ölkələrinin səfirlərindən öz vətəndaşları arasında maarifləndirmə işi aparmalarını xahiş edib

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski MDB ölkələrinin Rusiyadakı səfirləri ilə görüşüb. APA-nın Moskva müxbirinin məlumatına görə, K. Romodanovski MDB ölkələri vətəndaşlarının Rusiyada yol verdikləri qanun pozuntularının sayının azaldılması üçün Rusiya miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı MDB ölkələrinin səfirlərindən öz vətəndaşları arasında maarifləndirmə işi aparmalarını xahiş edib. O, səfirlərdən qanunvericiliyə edilən dəyişiklik haqda məlumatı öz ölkələrinin müvafiq orqanlarına çatdırmalarını da istəyib: “Məlum məsələ ilə əlaqədar informasiya kampaniyasının təşkilinə başlamağı xahiş edirəm. Çox vacibdir ki, MDB ölkələrinin vətəndaşları Rusiya miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliyi bilsinlər və qanunu pozmasınlar. Əminəm ki, bu, Rusiya ərazisində qanunsuz əməklə məşğul olma və qanunsuz yaşama hallarının sayını azaldacaq”.

 

Qeyd edək ki, miqrasiya qanunvericiliyinə edilən dəyişikliyə görə, 2015-ci il yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaşlara əmək patenti bir ay müddətində veriləcək. Bu patentin müddətinin bir ilə qədər uzadılması imkanı var. Patenti Rusiyaya gələn gündən etibarən 30 gün müddətində almaq olar. Əmək patentini Rusiya gələn zaman məqsədinin işləmək olduğunu göstərən əcnəbilər əldə edə biləcəklər.

 

Trend.az