Azərbaycanda Sərhəd Məcəlləsi hazırlanıb

Posted by

Azərbaycanda Sərhəd Məcəlləsi hazırlanıb Azərbaycanda Sərhəd Məcəlləsi hazırlanıb

Azərbaycanda Sərhəd Məcəlləsi hazırlanıb

Azərbaycan Sərhəd Məcəlləsinin layihəsi artıq hazırdır, aidiyyəti qurumlarla razılaşdırılıb.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması” layihəsinin rəhbəri Məzahir Əfəndiyev söyləyib.

 

M.Əfəndiyev deyib ki, yaxın vaxtlarda Dövlət Sərhəd Xidməti tərəfindən Sərhəd Məcəlləsinin layihəsinin hökumətə və Milli Məclisə təqdim olunacağı gözlənilir: “2007-ci ildə prezident İlham Əliyev Azərbaycanın Təhlükəsizlik Konsepsiyasını təsdiq edib. Həmin Konsepsiya çərçivəsində sərhəd qanunvericiliyində yeni yanaşmalar, yeni çağırışlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub. Qanunvericiliyə əlavə və dəyişikliklər də daxil olmaqla, sərhəd qanunvericiliyi bir sənəddə – Sərhəd Məcəlləsində əksini tapmalıdır”.

 

M.Əfəndiyev bildirib ki, Sərhəd Məcəlləsində mövcud qanunvericilikdə inteqrə edilmiş sərhəd idarəçiliyi də əksini tapacaq: “Bu günə qədər vətəndaşlar narazılıq edirdilər ki, sərhəddən keçdiyi zaman yoxlama ilə bağlı çoxlu vaxt itirir. İnteqrə edilmiş sərhəd idarəçiliyi sərhəddə vahid idarəetmə mexanizmi yaratmaq, gediş-gəlişi asanlaşdırmaq, idxal və ixraca töhfə verməkdir. Bir sözlə, vaxt itkisi olmaması üçün müasir texnologiyadan istifadə etməklə yeni idarəçilik təklif olunur. Nəticədə vətəndaşlar sərhəddən keçmək üçün daha az müddət sərf edəcəklər. Digər tərəfdən, bu gün idxal-ixrac zamanı yoxlama prosesləri vaxt itkisinə, bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Yeni yanaşmalar, yeni texnologiyalar tətbiq edilməklə narazılıqlar aradan qaldırılır, şəffaflıq artır. Bu da ölkənin iqtisadi inkişafına müsbət təsir göstərir”.

 

Apa.az