Rusiya Federal Miqrasiya Xidməti: “Azərbaycandan Rusiyaya gələn miqrantların sayı 27 faiz azalıb”

Posted by

Rusiyaya MDB ölkələrindən miqrant axını azalıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski bildirib.

K. Romadanovski Rusiyaya hazırda uzaq ölkələrdən miqrant axınında kəskin artım olduğunu söyləyib: “Hazırda MDB ölkələrindən miqrant axını azalıb. 2014-cü ilin ilk iki ayında Rusiyaya keçən illə müqayisədə 15,5 faiz az miqrant gəlib. Bununla yanaşı Özbəkistandan gələn miqrantlar (-33%), Qırğızıstandan (-28,7%), Azərbaycandan (-27,6%), Tacikistandan (-23,4%), Moldovadan (-23,4%) azalıb.

Uzaq ölkələrdən Rusiyaya gələn miqrantların sayında isə artım var. Kanadadan (+82%), Cənubi Koreyadan (+71,8%), ABŞ-dan (+38,6%), Yaponiyadan (+37%), Niderlandan (+36%) gələn miqrantların sayı artıb”.

Qeyd edək ki, keçən il Rusiyaya 17,7 milyon xarici vətəndaş gəlib.

Apa.az