Avstriyadakı keçmiş əsir düşərgəsində həlak olmuş soydaşlarımızın xatirəsi anılmışdır

Posted by

Avstriyadakı keçmiş əsir düşərgəsində həlak olmuş soydaşlarımızın xatirəsi anılmışdır

Avstriyadakı keçmiş əsir düşərgəsində həlak olmuş soydaşlarımızın xatirəsi anılmışdır

Avstriyadakı keçmiş əsir düşərgəsində həlak olmuş soydaşlarımızın xatirəsi anılmışdır

Avstriyada akkreditə olunmuş səfirlər üçün bu ölkənin Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Mauthauzen keçmiş əsir düşərgəsinə ekskursiya təşkil olunmuşdur.

Ekskursiya zamanı yeni qurulmuş muzey ziyarət edilmiş, düşərgədə həlak olmuş insanların xatirəsi anılmışdır. Tədbirdə çoxsaylı diplomatlarla yanaşı, Avstriya Daxili İşlər Nazirliyinin və Yuxarı Avstriya federal əyaləti rəhbərliyinin yüksək vəzifəli şəxsləri iştirak etmişlər. Düşərgədə həyatını qurban vermiş 322 azərbaycanlının adları səfirliyin təşəbbüsü və apardığı işlərin nəticəsində xatirə kitabında qeyd olunub əbədiləşdirilmişdir.

Xatırladaq ki, 2001-ci ildə Mauthauzen əsir düşərgəsində, 2011-ci ildə isə Ebenzee əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulmuşdur. Səfirliyin araşdırmaları nəticəsində isə Ebenzee düşərgəsində yerləşdirilmiş hərbi əsirlər arasında azı 18 nəfər azərbaycanlının olduğu müəyyənləşdirilmişdir.

Yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək Mauthauzen düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq hərbi əsir işgəncələrə məruz qalmış, onların yarısı isə alman nasistləri tərəfindən məhv edilmişdir. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olan Mauthauzenin ətraf ərazilərdə 49 “filialı” olmuşdur.

 

AzərTac.az