Rəsmi Tehran: Xəzəryanı ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi üçün vaxta ehtiyac var

Posted by

Rəsmi Tehran: Xəzəryanı ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi üçün vaxta ehtiyac varRəsmi Tehran: Xəzəryanı ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi üçün vaxta ehtiyac var

Rəsmi Tehran: Xəzəryanı ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi üçün vaxta ehtiyac var

Xəzərin hüquqi statusu ilə bağlı ölkələr arasındakı danışıqlarda irəliləyişlər var. Həştərxanda dövlət başçılarının dördüncü sammiti səmərəli keçdi və düşünürəm ki, ötən görüşlərdən ən səmərəlisi idi. Bu sözləri Trend-ə eksklüziv açıqlamasında Prezident Həsən Ruhaninin Azərbaycana gözlənilən səfəri ilə bağlı hazırda Bakıda olan İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.

 

İ.Rəhimpur bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr arasında yaxınlaşma var və müzakirələrdə irəliləyiş müşahidə olunur: “Beş Xəzəryanı ölkə arasında baxışlar bir-birinə yaxınlaşsa da, hələlik bəzi məsələlər var ki, həll olunmamış qalır. Xəzəryanı ölkələr bir əlin beş barmağı kimidirlər və bu ağır yükü birləşərək qaldırmalıdırlar”.

 

İranlı diplomat qeyd edib ki, hələlik ölkələr arasında Xəzərdə 5 ölkənin iştirakı ilə birgə hərbi təlimlərlə bağlı hansısa razılıq əldə olunmayıb: “Əlbəttə, ölkələr arasında ikitərəfli əməkdaşlıqlar var, amma hələlik hərbi məsələlərlə bağlı beştərəfli razılıq proqramlaşdırılmayıb. Təhlükəsizlik sahəsində sənəd imzalanıb. Parlamentlər də təsdiq edib və tezliklə icrasına başlanacaq. Amma hərbi sahə önəmli məsələ olduğu üçün bir qədər vaxta və danışıqlara ehtiyac var”.

 

O əlavə edib ki, Xəzəryanı ölkələr öz təhlükəsizliyini təmin edə bilirlər, heç bir xarici ölkə və ya qüvvənin bu dənizə girməsinə icazə vermirlər və bu, önəmli məsələdir.

 

Trend.az