Gürcüstanın baş naziri sərhəd polisinin həyata keçirdiyi infrastruktur layihələrinin təqdimatına baş çəkəcək

Posted by

Gürcüstanın baş naziri sərhəd polisinin həyata keçirdiyi infrastruktur layihələrinin təqdimatına baş çəkəcəkGürcüstanın baş naziri sərhəd polisinin həyata keçirdiyi infrastruktur layihələrinin təqdimatına baş çəkəcək

Gürcüstanın baş naziri sərhəd polisinin həyata keçirdiyi infrastruktur layihələrinin təqdimatına baş çəkəcək

Noyabrın 10-da Gürcüstan sərhəd polisində 2014-cü ildə həyata keçirilən infrastruktur layihələrinin rəsmi təqdimatı keçiriləcək. Bu barədə Trend məlumat verir.

 

Tədbir Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin xüsusi təyinatlı aviasiya idarəsinin ərazisində keçiriləcək. Təqdimat mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili, ölkədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

 

Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, İrakli Qaribaşvili iştirakçilara nitq ilə müraciət edəcək.

 

Təqdimatın sonunda fotosərgi təşkil olunacaq, həmçinin sərhədçilərin mükafatlandırılması mərasimi keçiriləcək.

 

Trend.az