Qubadakı kütləvi məzarlıqda gördükləri almaniyalı alimi dəhşətə gətirib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə Bakıda səfərdə olan, Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.
Z.Hartman Azərbaycan Müəllimlər İnstitutu və Bakı Slavyan Universitetinin bakalavr və magistr pilləsinin tələbələri üçün alman ədəbiyyatı ilə bağlı ustad dərsləri keçib.
Qubaya səfər edən Z.Hartman burada Soyqırımı Memorial Kompleksində, Qırmızı Qəsəbədə, yəhudi sinaqoqunda olub, məktəblilər, müəllimlər və yerli əhali ilə görüşüb. Z.Hartman Quba məzarlığında gördüklərindən dəhşətə gəlib.
Almaniyalı professor Quba şəhər 3 saylı tam orta məktəbində “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan şagirdlərə tolerantlıq mövzusunda mühazirə oxuyub.
AzərTac.az