Nazirlik: Azərbaycanda çalışan elmlər doktorlarının və elmlər namizədlərinin təxminən 50%-i Təhsil Nazirliyi sistemində cəmləşib

Posted by

Nazirlik: Azərbaycanda çalışan elmlər doktorlarının və elmlər namizədlərinin təxminən 50%-i Təhsil Nazirliyi sistemində cəmləşibNazirlik: Azərbaycanda çalışan elmlər doktorlarının və elmlər namizədlərinin təxminən 50%-i Təhsil Nazirliyi sistemində cəmləşib

Nazirlik: Azərbaycanda çalışan elmlər doktorlarının və elmlər namizədlərinin təxminən 50%-i Təhsil Nazirliyi sistemində cəmləşib

Azərbaycanda çalışan yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların 32,1%-i, elmlər doktorlarının və elmlər namizədlərinin təxminən 50%-i Təhsil Nazirliyi sistemində cəmləşib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, mövcüd elmi potensialın qorunub saxlanılması və gənc kadrların hazırlanması ali təhsil müəssisələri qarşısında duran əsas vəzifələrdən biridir:

“Azərbaycanda elmin inkişafı və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müəyyən işlər görülsə, bir çox tədbirlər həyata keçirilsə də, bu sahədə həll olunmamış işlər və çatışmazlıqlar da az deyil. Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və bui strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı təsdiq edillib.

 

Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya elmi-tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş elm və texnologiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Strategiyanın müddəalarına uyğun tədbirlər “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”na əsasən həyata keçiriləcək”.

 

Apa.az