Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı

Posted by

Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldıNazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı

Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayrılan xidməti minik avtomobillərinin sayı artırılıb.

 

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişikliklər edilib.

 

Qərara əsasən, ƏƏSMN-ə ayrılan xidməti minik avtomobillərinin sayı 7-yə çatdırılıb.

 

Hazırda nazirlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 4-ə bərabərdir.

 

Trend/az