Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayrılan xidməti minik avtomobillərinin sayı artırılıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişikliklər edilib.
Qərara əsasən, ƏƏSMN-ə ayrılan xidməti minik avtomobillərinin sayı 7-yə çatdırılıb.
Hazırda nazirlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 4-ə bərabərdir.
Trend/az