Minsk qrupunun amerikalı həmsədri İsveç parlamentinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik İsveç parlamentinin xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. Trend-in məlumatına görə, amerikalı həmsədr bu barədə öz Twitter səhifəsində yazıb.
C.Uorlik bildirib: “İsveç parlamentinin Xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırdım. Sülhün əldə olunmasında böyük maraq var”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İsveç hökuməti ilə müzakirələr aparıb.
Trend.az