Şimali Kipr məktəblərinin dərslik kitablarında Azərbaycanla bağlı mövzulara yer ayrılacaq

Posted by

Şimali Kiprin orta ümumtəhsil məktəblərinin dərslik kitablarında Azərbaycanla bağlı mövzulara yer ayrıla bilər.

APA-nın məlumatına görə, bu mövzu Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Dr. Mustafa Arabacıoğlu ilə Azərbaycan Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun görüşü zamanı müzakirə edilib.

Belə ki, görüş zamanı bu təklifini dilə gətirən diaspora sədri O.Həsənoğlu bildirib ki, təmsil etdiyi qurum bir ildir ki bu layihə üzərində çalışır. Görüş zamanı nazirə Dağlıq Qarabağ mövzusu, Xocalı faciəsi ilə də bağlı ətraflı bilgilər verilib və hər gün daha da böyüyən Azərbaycandan bəhs edilib.

ŞKTC təhsil naziri diaspora sədrinin təklifi ilə bağlı qeyd edib ki, bu mövzunu gündəmdə saxlayacaq və o bu təklifə doğurdan da diqqət ayrılmasının vacib olduğunu dilə gətirib. Həmçinin o, ölkəmizdə aparılan təhsil islahatlarından məmnun olduğunu da bildirib.

Görüşdə iştirak edən Azərbaycan Kipr Dostluq Cəmiyyətinin ictimai əlaqələr və mətbuat şöbəsinin müdiri Cəfər Mənsimi isə ŞKTC təhsil nazirinə Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.

Trend.az