Azərbaycan ilə Lixtenşteyn arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Lixtenşteyn parlamentinin sədri Albert Frik ilə görüşmüşdür.

Səfir Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun lixtenşteynli həmkarını ölkəmizə dəvət məktubunu A.Frikə təqdim etmişdir.

Söhbət zamanı Ə.Zeynallı Lixtenşteyn ilə əlaqələrin Azərbaycan üçün önəm kəsb etdiyini vurğulamış, A.Frikin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini bildirmişdir.

A.Frik öz növbəsində bildirmişdir ki, Lixtenşteyn də Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlıdır. O, ölkəmizə dəvəti böyük məmnuniyyətlə qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında çoxtərəfli formatda əməkdaşlıqdan məmnunluq ifadə edilmiş və əlaqələrin ikitərəfli əsasda müxtəlif sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı durumu barədə də məlumat vermişdir.

AzərTac.az