Latviyanın nəqliyyat naziri Azərbaycana gəlib

Posted by

Latviyanın nəqliyyat naziri Azərbaycana gəlib

Latviyanın nəqliyyat naziri Anriys Matiss Azərbaycanda səfərdədir.

 

Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu gün A.Matiss azərbaycanlı həmkarı Ziya Məmmədov və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşək.

 

Görüşlər zamanı avtomobil yolları ilə daşınan yüklərin kvota sayının artırılması, Azərbaycandan Avropa Birliyinə nəql olunan malların Latviyanın nəqliyyat infrastrukturundan istifadə edilməsi ilə daşınma həcminin artırılması və s. aktual məsələlər müzakirə olunacaq.

 

Latviyalı nazirin Azərbaycana səfəri yanvarın 17-də sona çatacaq.