ƏƏSMN: Cəlilabadda ünvanlı sosial yardım üçün sənədlərin qəbul olunmaması barədə fikirlər tam əsassızdır

Posted by

ƏƏSMN: Cəlilabadda ünvanlı sosial yardım üçün sənədlərin qəbul olunmaması barədə fikirlər tam əsassızdır

Bəzi KİV-lərdə Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımı almaq üçün vətəndaşların sənədlərinin qəbul olunmaması, vətəndaşlara yardım üçün müraciət vaxtının bitdiyinin bildirilməsi, vətəndaşlardan sənədləri qəbul edəcək işçilərin olmaması barədə yayılan məlumatlar tam əsassızdır.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013-cü ilin noyabr-dekabr ayları ərzində 1317 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmiş və həmin yardımların tam məbləğdə maliyyələşdirilməsi təmin olunub.

Mərkəzdə vətəndaşlardan sənədlərin qəbulu və baxılması, ünvanlı dövlət sosial yardımlarının təyin olunması prosesi heç bir problem olmadan davam etdirilir.