Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15%-dən çox artıb

Posted by

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15%-dən çox artıb

2013-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat və ya əvvəlki ilə nisbətən 15,1 faiz çox vəsait yönəldilib.

 

Gün.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun da 76,7 faizi daxili mənbələr hesabına təmin edilib.

 

Sərf edilmiş sərmayələrin 48,3 faizi məhsul istehsalı, 51,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.

 

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 57,8 faizini təşkil edib.