Koreya səfirliyinin dəstəyilə BDU-da Koreya dili üzrə 4-cü nitq müsabiqəsi keçirilib

Posted by

Koreya səfirliyinin dəstəyilə BDU-da Koreya dili üzrə 4-cü nitq müsabiqəsi keçirilibKoreya səfirliyinin dəstəyilə BDU-da Koreya dili üzrə 4-cü nitq müsabiqəsi keçirilib

Koreya səfirliyinin dəstəyilə BDU-da Koreya dili üzrə 4-cü nitq müsabiqəsi keçirilib

Koreya Respublikası səfirliyinin təşkilati dəstəyi ilə Bakı Dövlət Universitetində Koreya dili üzrə 4-cü nitq müsabiqəsi keçirilib.

 

Səfirlikdən Trend-ə bildiriblər ki, 13 müsabiqə iştrakçısı Bakı Dövlət Universitetinin auditoriyasında tamaşaçıların qarşısında nitq müsabiqəsi üzrə yarışıblar.

 

Müsabiqənin üç qalibi “Samsung Galaxy” tableti ilə mükafatlandırılıb, qalan yarışçılara isə iştirakçı hədiyyəsi olaraq “Samsung” smartfonları verilib. Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Kamran Kərimov birinci yerə layiq görülüb. O, Koreya dilini universitetdə öyrənməklə yanaşı, Koreya şirkətində işləyərək öz dil biliklərini təcrübədən keçirib. Müsabiqədəki çıxışı Koreya mədəniyyəti və həmin dildə istifadə olunan çoxmənalı sözlərə həsr edilib. Koreya şirkətində işlədiyi zaman bununla bağlı gülməli vəziyyət yaşanıb. Belə ki, ona müraciət edərkən xahiş etmək məqsədilə deyilən söz “mismarı ver”, eyni zamanda “verə bilmirəm” demək idi.

 

Azərbaycan Dillər Universitetinin Koreya dili fakültəsinin 3-cü kurs tələbəsi Sevinc Rusifit ikinci yeri tutub. O, Koreya Respublikasının Seul şəhərində 1 il ərzində təhsil alıb və Koreya dili üzrə əvəzsiz təcrübə qazanıb. O, çıxışında Koreya seriallarında aktyorların istifadə etdikləri şirin dil elementləri haqqında öz təəssüratlarını auditoriya ilə bölüşüb.

 

Azərbaycan Texniki Universitetinin İdarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Ləman Həsənova isə 3-cü olub. O, Koreya dilini SEBA assosiasiyası tərəfindən təşkil olunan kurslarda öyrənib və dil biliyi üzrə ikinci dərəcəyə malikdir. Bundan əlavə, koreyalı qızla dostlaşdıqdan sonra Koreya dilinə marağı daha da artıb.

 

Dil və nitq müsabiqəsi olan bu tədbir Koreya və Azərbaycan xalqlarının gələcəkdə bir-birini daha yaxşı anlaması üçün böyük imkanlar yaradır.

 

Trend.az