Hacıqabulda Region gənclərinin I sağlamlıq forumu keçirilib

Posted by

Hacıqabulda Region gənclərinin I sağlamlıq forumu keçirilib

 

Hacıqabulda Region gənclərinin I sağlamlıq forumu keçirilib

Hacıqabulda Region gənclərinin I sağlamlıq forumu keçirilib

 

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi Hacıqabul rayon Gənclər və İdman idarəsi, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Region gənclərinin I sağlamlıq forumu keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, foruma bölgədə yerləşən ətraf rayonların gəncləri toplanıb.

 

Gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısını almaq, bu istiqamətdə preventiv tədbirlərin həyata keçirilməsi və maarifləndirmə işlərinin aparılması forumun əsas məqsədlərindən biri idi. Forumda gənclər arasında sağlam gənclik modelinin müzakirəsi prioritet mövzu olaraq seçilib.

 

Forumun sonunda yerli icra sturkturlarına tədbir iştirakçıları tərəfindən hazırlanmış təqdimat paketləri göndərildi. Forumun işində Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Gənclər Üçün Təhsil Mərkəzinin səlahiyyətli nümayəndələri, təhsil işçiləri və region gəncləri iştirak edib.

 

 

Sia.az