GUAM-ın Kiyevdəki mənzil-qərargahında Fövqəladə hallar üzrə işçi qrupunun növbəti iclası olub

Posted by

Ukraynanın paytaxtında GUAM-ın Katibliyində Fövqəladə hallar üzrə işçi qrupunun 11-ci iclası olub. Bu barədə AzərTAc-a təşkilatın Kiyevdəki mənzil-qərargahından məlumat veriblər.

İki günlük iclasda GUAM-ın iştirakçısı olan bütün dövlətlərin nümayəndə heyətləri iştirak edib.

Tərəflər fövqəladə halların qarşısının alınması və onlara reaksiya verilməsi sahəsində fəaliyyət, habelə başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı barədə informasiya mübadiləsi keçiriblər.

İşçi qrupu 2014-cü ilin hesabatını və 2015-ci il üçün planı müzakirə edərək təsdiqləyib. İclasın iştirakçıları 2015-2016-cı illərdə işçi qrupunda Gürcüstanın koordinasiyası barədə informasiyanı nəzərə alıb.

Növbəti profil iclası 2015-ci ilin mayında keçiriləcək.

AzərTac.az