Malta Azərbaycanı etibarlı tərəfdaş hesab edir

Posted by

Malta Azərbaycanı etibarlı tərəfdaş hesab edir

Malta Azərbaycanı etibarlı tərəfdaş hesab edir

 

 

Malta Azərbaycanı etibarlı tərəfdaş hesab edir

Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San-Marinodakı səfiri Vaqif Sadıqov Vallettaya növbəti işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

 

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində səfir Maltanın Baş naziri Cozef Muskat, parlamentin sədri Anqlu Farrucca, xarici işlər naziri Corc Vella, energetika və səhiyyə naziri Konrad Mizzi, Valletta şəhərinin meri Aleksey Dinqli və Malta-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

 

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, əməkdaşlığımız son illərdə dinamik inkişaf etməkdədir. Malta siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır.

 

Görüşlərdə, həmçinin humanitar, mədəniyyət və digər sahələrdə birgə layihələrin və tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, Malta Azərbaycanı etibarlı tərəfdaş hesab edir.

 

Malta rəsmiləri Azərbaycanı çoxmillətli, multikonfessional ölkə olaraq tanıdıqlarını, bu baxımdan onu model dövlət kimi qəbul etdiklərini bildiriblər.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinin təhlil olunduğu görüşlərdə problemin həll edilməsi istiqamətində daha real addımların atılmasının vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Avropa İttifaqı münaqişələrin nizamlanması üçün daha çox səy göstərməli, bu problemlərin həllinə biganə yanaşmamalıdır.

 

AzərTac.az