Gürcüstanın xarici işlər naziri: “Abxaziya dəmir yolunun bərpası üçün Rusiya ilə hər hansı danışıqlar aparılmır”

Posted by

Gürcüstanın xarici işlər naziri: “Abxaziya dəmir yolunun bərpası üçün Rusiya ilə hər hansı danışıqlar aparılmır”Gürcüstanın xarici işlər naziri: “Abxaziya dəmir yolunun bərpası üçün Rusiya ilə hər hansı danışıqlar aparılmır”

Gürcüstanın xarici işlər naziri: “Abxaziya dəmir yolunun bərpası üçün Rusiya ilə hər hansı danışıqlar aparılmır”

Gürcüstan tərəfi Abxaziyadakı dəmir yolunun bərpası mövzusunda Rusiya ilə heç bir danışıq aparmır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər hansı infrastruktur layihəsinə və digər layihələrə Gürcüstanın dövlət maraqlarına cavab verdiyi təqdirdə baxıla bilər.

 

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili isə APA-ya açıqlamasında Abxaziya dəmir yolunun bərbad vəziyyətdə olduğunu və bu yolun Ermənistan istiqamətində açılması barədə heç bir danışıqların aparılmadığını söyləyib.

 

APA.az