Azərbaycanda dərmanların satışı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Posted by

Azərbaycanda dərmanların satışı ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycanda dərmanların satışı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda dərmanların satışı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

“Dərman vasitələri haqqında qanun”a dəyişiklik edilir.

 

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Hadı Rəcəbli bildirib ki, qanuna edilən yeni əlavəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarət edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

 

H.Rəcəbli deyib ki, əvvəllər dərmanların alınması üçün dövlət büdcəsindən ayrılan vəsait rayon səhiyyə şöbələrinə verilirdi: “Müxtəlif rayonlarda dərmanların qiymətləri fərqli olurdu. Belə olan halda isə ayrılan maliyyə vəsaiti yerlərdə səmərəli istifadə olunmurdu. İndi həmin vəsait Səhiyyə Nazirliyi tərəfindən bölüşdürüləcək”.

 

Trend.az