DTXK 41 rayonunun 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrini müəyyən edib

Posted by

DTXK 41 rayonunun 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrini müəyyən edib

 

DTXK 41 rayonunun 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrini müəyyən edib

DTXK 41 rayonunun 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrini müəyyən edib

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkənin 34 rayonu üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işlərinə başlayıb. Artıq 35 bələdiyyənin xəritələrinin hazırlanması işləri başa çatdırılıb. Trend-in məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov qurumun 2013-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hesabat ilində Milli Məclisdə dövlət reyestri aparılaraq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 41 rayonu üzrə 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları müəyyən edilib, mərzçəkmə işləri aparılıb və xəritələşdirilməsi işləri həyata keçirilib.

2013-cü il 31 dekabr vəziyyətinə olan məlumata əsasən, torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilib. Bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir.

Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin 1 milyon 393 min 274 hektarı, yəni 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilib.

Q.Məmmədov deyib ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqların onların mülkiyyətinə verilməsi üçün 38 yaşayış məntəqəsi üzrə 17674 vətəndaşın adına, 802 keçmiş təsərrüfat üzrə 2332 vətəndaşın adına və müxtəlif növlü təsərrüfat formalarına isə 26658 ədəd torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanıb.

Komitə tərəfindən 2013-cü ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2628 hərrac və müsabiqə təşkil olunub.

 

Trend.az