Azərbaycan sinoptikləri Bakıda qısamüddətli qarın müşahidə edilməsi məsələsinə aydınlıq gətirdi

Posted by

Azərbaycan sinoptikləri Bakıda və Abşeron yarımadasında qısamüddətli qarın müşahidə edilməsi məsələsinə aydınlıq gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, fevralın 11-də bu gün üçün verilən proqnozu tamamilə səhv kimi qiymətləndirmək düzgün deyil: “Biz fevralın 12-nə olan proqnozda qeyd etmişdik ki, Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində hava çiskinli olacaq. Şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında 10-15 dəqiqə ərzində sulu qar müşahidə olunmasını şişirtməyə ehtiyac yoxdur”.

U.Tağıyeva bildirib ki, inkişaf etmiş ölkələrdə proqnoz ay ərzində 94 faiz özünü doğruldursa, bu, normaldır. Bəzi hallarda doğrultmaya da bilər. Bu da normal prosesdir.

Qeyd edək ki, bu gün Bakıda səhər saatlarında qısamüddtəli qar yağmışdı.

Trend.az