DSMF Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib

Posted by

DSMF Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib

DSMF Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib

DSMF Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib. Trend-in məlumatına görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bazar ertəsi KİV nümayəndələrinə məlumat verib.

DSMF sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Sərəncamı hazırkı vəziyyətə 22 879 nəfərə şamil olunub ki, bunlardan 1707 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 700 manat məbləğində birdəfəlik yardım göstərilib.

E.Mehdiyev bildirib ki, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 300 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 21 172 nəfər təşkil edir.

 

Trend.az