Düşənbədə MDB Maliyyə Kəşfiyyatı İdarələrinin Rəhbərləri Şurasının iclası keçiriləcək

Posted by

Noyabrın 11-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Maliyyə Kəşfiyyatı İdarələrinin Rəhbərləri Şurasının iclası keçiriləcək. İclasda MDB ölkələrindəki maliyyə kəşfiyyatı qurumları arasında əməkdaşlığın genişləndirilməsi, bu idarələr arasında informasiya mübadiləsinin aparılması, Şuranın 2015 -2016-cı illər üçün iş planı və MDB məkanında terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məsələləri müzakirə ediləcək. Maliyyə kəşfiyyatı qurumlarının rəhbərləri cinayət yolu ilə qazanılan gəlirlərin üzə çıxarılması və maliyyə cinayətkarlığı ilə mübarizə sahəsində MDB ölkələrinin baza təşkilatının statusu məsələlərinə də baxacaqlar. İclasda bu sahədə olan risklər və təhdidlər qiymətləndiriləcək, cinayət yolu ilə qazanılan aktivlərin və narkotiklərin qeyri-qanuni dövriyyəsi zamanı əldə edilən maliyyə vəsaitinin üzə çıxarılması üzrə əməkdaşlığın təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində olacaq.

AzərTac.az