Astanada TürkP-nın İqtisadiyyat, ticarət və maliyyə komissiyasının 4-cü iclası keçirilib

Posted by

Astanada TürkP-nın İqtisadiyyat, ticarət və maliyyə komissiyasının 4-cü iclası keçirilib

Astanada TürkP-nın İqtisadiyyat, ticarət və maliyyə komissiyasının 4-cü iclası keçirilib

 

 

Astanada TürkP-nın İqtisadiyyat, ticarət və maliyyə komissiyasının 4-cü iclası keçirilib

Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Parlament Assambleyasının İqtisadiyyat, ticarət və maliyyə komissiyasının 4-cü iclası keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarının iştirak etdiyi toplantıda əsasən enerji sektorunun inkişafında əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkəmizi bu iclasda Milli Məclisinin deputatı İlham Əliyev təmsil edib. Qazaxıstan parlamentinin nümayəndəsi Maulen Aşımbayev deyib ki, quruma üzv ölkələr iqtisadi və enerji potensialına görə xeyli fərqlənirlər. Bu baxımdan enerji bazarının stabilliyi baxımından eyni məsələləri bölüşürlər. Ənənəvi enerji resurslarının ən azı orta müddətli perspektivdə əsas və üstün rol oynayacağı gözlənildiyi üçün bu sahədə əməkdaşlıq öz əhəmiyyətini itirməyəcək. Çıxışlarda vurğulanıb ki, dünyada, eləcə də TürkPA-nın üzvü olan ölkələrdə də alternativ enerjinin canlı və sürətli inkişafı gözlənilir. Bu baxımdan üzv ölkələr arasında alternativ enerji mənbələrinin inkişafına həsr olunan praktiki əməkdaşlıq vacibdir. Milli Məclisin deputatı İlham Əliyev çıxışında komissiyanın fevral ayında Bakıda keçirilən iclasında müzakirə olunan məsələləri, eləcə də iqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu ilə bağlı qəbul olunan tövsiyə qərarını xatırladıb. Bildirib ki, türkdilli ölkələr enerji resurslarının təhlükəsiz daşınması da daxil olmaqla, regionda milli təhlükəsizlik kontekstində bütün nəqliyyat növlərinin təhlükəsizliyi üzrə koordinasiya fəaliyyətini dəstəkləyir. Toplantının sonunda müzakirə olunan məsələ ilə bağlı tövsiyə xarakterli qərar qəbul edilib. Qərarda göstərilir ki, TürkPA quruma üzv ölkələrinin parlamentlərinə və hökumətlərinə enerji qənaəti üzrə uzunmüddətli hədəflər müəyyənləşdirməyi və müasir texnologiyanın səmərəli təqdimatını həyata keçirməyi təklif edir. Qərarda ətraf mühit, regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanır. Birgə əməkdaşlıq çərçivəsində birgə layihələrin hazırlanmasının, bilik və təcrübə mübadiləsini təşkilinin, bərpa olunan enerji mənbəyi üçün infrastruktur və avadanlıqların birgə istehsalının əhəmiyyəti qeyd olunur.

 

AzərTac.az