Bəxtiyar Əliyev: “Bu, artıq ikili standartları keçən bir məsələdir”

Posted by

Bəxtiyar Əliyev: "Bu, artıq ikili standartları keçən bir məsələdir"Bəxtiyar Əliyev: “Bu, artıq ikili standartları keçən bir məsələdir”

Bəxtiyar Əliyev: "Bu, artıq ikili standartları keçən bir məsələdir"

Dağlıq Qarabağ separatçılarının hər hansı bir ölkəyə səfər etməsinə qadağa olmadığı halda, ABŞ-ın və bir sıra Avropa ölkələrinin Donetsk separatçılarının bu ölkələrə səfər etməsinə qadağa qoyması artıq ikili standartları keçən bir məsələdir. Bu barədə Trend-ə millət vəkili Bəxtiyar Əliyev deyib.

 

B.Əliyev qeyd edib ki, burada artıq ikili standart yox, açıq-aşkar mövqe var: “Dünyada elə bölgələr, elə yerlər var ki, orada insan qırğınları da, münaqişələr də, siyasi çevrilişlər də baş verir, ancaq oraya diqqət yetirmirlər. Amma o yerdəki siyasi maraq var, ora diqqət də var. Misal üçün, Ukrayna ilə bağlı Rusiyaya qarşı təzyiqlər göstərmək, Rusiyanı müəyyən şərtlərə məcbur etmək üçün Ukraynaya diqqət var. Mən heç də düşünmürəm ki, bu, Ukrayna xalqına və Ukrayna dövlətinə diqqət və qayğıdan irəli gəlir. Əgər belə olsaydı, Ukraynadakı hadisələr baş verməzdi və onlar hamısı dinc yolla çoxdan həll olunardı”.

 

Millət vəkili Türkiyə ilə bağlı da bu cür münasibəti nümunə gətirib: “Türkiyə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxıb, NATO üzvüdür və Avropa Şurasını yaradan dövlətlərdən biri olduğu halda bu gün Avropa İttifaqına qəbul edilmir. Deməli, burada söhbət ondan gedir ki, ABŞ-ın və Avropa ölkələrinin öz siyasi maraqları var. Heç kim gərək özünü aldatmasın. Heç Donetskdə, Kırımda ölən insanlar da onları maraqlandırmır”.

 

B.Əliyevin fikrincə, bu baxımdan, Dağlıq Qarabağ məsələsi ilə bağlı biz heç kimə ümidli olmalı deyilik: “Azərbaycan dövlətinin tutduğu mövqe düzgün mövqedir, Azərbaycan iqtisadi potensialını və hərbi gücünü daha da artırmalıdır və öz torpaqlarını özü azad etməlidir. Bu, Azərbaycan dövlətinin və xalqının haqqıdır. Buna heç kim mane ola bilməz”.

 

Trend.az