Şəhriyarın ən böyük heykəli Eynalı dağında

Posted by

Şəhriyarın ən böyük heykəli Eynalı dağındaŞəhriyarın ən böyük heykəli Eynalı dağında

Şəhriyarın ən böyük heykəli Eynalı dağında

İranın Şərqi Azərbaycan əyalətində yerləşən Eynalı dağında qaya üzərində Məhəmmədhüseyn Şəhriyarın ən böyük heykəli yaradılacaq. Bunu Eynalı istirahət zonasının tikinti və inkişaf üzrə direktoru Qulamrza Vüsali deyib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat verir.

 

Məlumata əsasən, Q.Vüsali bildirib ki, Şəhriyarın heykəlinin qayalar üzərində işlənməsinə aprel ayında başlanılıb. Heykəlin hündürlüyü 10 metrdir.

 

Onun sözlərinə görə, bu əsər üzərində iki heykəltəraş çalışır.

 

Qeyd edək ki, Təbriz şəhəri Enalı dağının ətəyində yerləşir. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxır və istirahət edirlər.

 

 

Trend.az