Pakistanın “Tribute İnternational” jurnalı Azərbaycana xüsusi reportaj həsr edib

Posted by

Pakistanın "Tribute İnternational" jurnalı Azərbaycana xüsusi reportaj həsr edib

Pakistanın “Tribute İnternational” jurnalı Azərbaycana xüsusi reportaj həsr edib

Pakistanın "Tribute İnternational" jurnalı Azərbaycana xüsusi reportaj həsr edib

Pakistanın “Tribute İnternational” jurnalı cari ilin noyabr ayı üzrə buraxılışında Azərbaycana həsr olunmuş xüsusi reportaj dərc edib. Bu barədə Trend Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən məlumat verib.

 

Jurnalın üz qabığında və səhifəsində ölkəmizin ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın portretlərinin əks olunduğu reportajda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi və icrada olan layihələrə həsr edilmiş məqalə və Azərbaycanın Konstitusiya Gününə həsr edilmiş yazı dərc edilib.

 

Jurnalist Bilal Şəhidin “Mehriban Əliyevanı alqışlayırıq” adlı məqaləsində Fondun 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra bu ölkədə öz fəaliyyətinə başladığı və 2007-ci ildə Kəşmirin Müzəffərabad şəhərində 500 nəfərlik qızlar məktəbini inşa etdiyini vurğulayıb.

 

Daha sonra məqalədə bildirilir ki, 2012-ci ildən başlayaraq Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə genişmiqyaslı layihələr həyata keçirilməsinə başlanıb.

 

Bu proqram çərçivəsində Pakistanın “Edhi Home” kimsəsizlər evində sığınacaq tapmış uşaq və ahıllara B hepatitinə qarşı pulsuz peyvəndləşdirmə aparılıb, “Akbar Care” serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın xəstəxanasında pulsuz müayinələr təşkil edilib, Hamza Fonduna 2000 ədəd qanköçürmə paketi və bir ədəd təcili yardım avtomobili hədiyyə edilib, Xayber göz Fondu, Saif xeyriyyə fondları ilə də layihələr icra edilib. Lahor şəhərinin Ancuman Süleyman kimsəsiz uşaqlar evinə yardımlar edildiyi və yenidənqurma işlərinin aparıldığı qeyd olunub.

 

Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı” layihəsini icra edildiyini bildirən yazar, həmçinin Mehriban Əliyevanın dəstəyi ilə “Green Village” layihəsi çərçivəsində Pəncab əyalətinin Qucar Xan bölgəsinin Soheyl Xinger kəndində bərpaolunan enerji ilə işləyən su təchizatı sisteminin inşa edildiyini vurğulayıb.

 

Məqalədə Fondun Müzəffərabad şəhərində tikilmiş məktəbin təchizatı məsələsinin daim diqqət mərkəzində saxladığı, orada yenidənqruma işlərinin aparıldığı və 2012-ci ildə məktəbə Mehriban Əliyevanın adı verildiyi bildirilib.

 

Məqalədə Pakistanda həyata keçirdiyi layihələrə görə Mehriban Əliyevanın bir sıra mükafatlarla təltif olunduğu qeyd edilib.

 

Bilal Şəhidin məqaləsində Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi layihələrin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyi, iki dövlət arasında münasibətlərə xüsusi təkan verdiyi vurğulanıb.

 

Raca Caved Battinin “12 noyabr Azərbaycanın Konstitusiya Günüdür” adlı məqaləsində isə 1991-ci ildə müstəqillik qazanmış Azərbaycanın yeni konstitusiya qəbul etdiyi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başçılıq etdiyi komissiya tərəfindən hazırlanmış konstitusiyanın layihəsi 1995-ci ilin 12 Noyabr tarixində ümumxalq referendumda qəbul edilib. Yazıda Azərbaycanın dövlət idarəetmə strukturu, Naxçıvan Muxtar Respublikasının fəaliyyəti və Azərbaycan Respublikasının Konstitusiyası əsasında qəbul edilmiş NMR-in konstitusiyası haqqında geniş bilgilər verilib.

 

Məqalədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1990-cı ildən başlayaraq Naxçıvana rəhbərlik etməsi barədə məlumatlar verilib. Bildirilib ki, müstəqilliyinin ilkin dövründə Azərbaycan ciddi siyasi-hərbi böhranla üzləşmiş və Azərbaycan xalqının israrlı təkidi ilə Heydər Əliyev Bakıya gələrək Azərbaycana rəhbərlik etmişdi. 1993 və 1998-ci illərdə keçirilmiş ümumxalq seçkilərində böyük səs çoxluğu ilə cənab Heydər Əliyev Azərbaycanın Prezidenti seçilmişdi.

 

Yazıda eyni zamanda, Azərbaycan Konstitusiyasının bəzi bəndlərindən çıxarışlar da dərc edilib.

 

Trend.sz