Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir

Posted by

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilirBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir.

 

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın bir sıra ali təhsil müəssisələri və digər qurumların nümayəndələri iştirak edir.

 

Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

 

Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov çıxış edərək bu konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib.

 

Təhsil naziri Mikayıl Cabbarov isə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, əldə edilən uğurlar və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.

 

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunacaq.

 

Apa/az