Bu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüquq qazanıb

Posted by

Bu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüquq qazanıbBu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüquq qazanıb

Bu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüquq qazanıb

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb.

 

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxışı zamanı deyib ki, hazırda proqramın məzunları istər dövlət, istərsə də özəl sektorda çalışaraq ölkənin iqtisadi inkişafına öz töhfələrini verirlər. Nazir bildirib ki, əsas məqsəd Azərbaycanın ali təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya standartlarına çatdırmaqdan ibarətdir: “Ölkənin ali təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə bağlı 2009-cu ildən başlayaraq ali təhsilin bakalavriat, 2011-ci ildən isə magistratura pilləsində kredit sisteminin tətbiqinə başlanıb. 2010/2011-ci tədris ilindən başlayaraq ali məktəblərdə kadr hazırlığı adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilib, yeni universitet və akademiyalar yaradılıb, ixtisas proqramları Avropa standartlarına uyğunlaşdırılır. Tanınmış xarici universitetlərin Azərbaycanda filiallarının təşkil olunması prosesi gedir və bu istiqamətdə növbəti addımlar atılacaq. Cari tədris ilindən etibarən ali məktəblərdə Təhsil Nazirliyinin təşəbbüsü olan SABAH qrupları layihəsi həyata keçirilir”.

 

Nazir əlavə edib ki, iclasda təmsil olunan ölkələrin hər birində təhsilin inkişafı istiqamətində işlər görülür. Onun sözlərinə görə, qloballaşan dünyanın sürətlə dəyişən dinamikasını tutmaq üçün bu görüş fikir və təcrübə mübadiləsi aparmaq baxımından çox faydalı və səmərəli olacaq: “Qloballaşma prosesində türkdilli ölkələr müşahidəçi kimi deyil, fəal iştirakçı kimi rol oynamalı və buradan fayda götürməlidir. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının təhsil sahəsində fəaliyyətini müsbət nəticə verməsi üçün əlverişli imkanlar mövcuddur. Türk akademiyası və Türk Universitetlər Birliyi ölkələrin təhsil müəssisələrində qarşılıqlı əməkdaşlığı təcrübə paylaşması, müəllim-tələbə mübadiləsi və elmi-tədqiqatlar üçün əlverişli imkanlar yarada bilər”.

 

Apa.az