Bakı Metropolitenində qatarların hərəkətində ləngimə olub

Posted by

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə olub

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə olub

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə olub

 

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində ləngimə olub.

 

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, səhər saatlarında “Nizami” stansiyası ilə “28 May” stansiyası və “Cəfər Cabbarlı” stansiyası ilə “Xətai” stansiyası arasında qatarların hərəkətində ləngimə baş verib.

 

Hadisə sərnişinlərin həyəcanına səbəb olsa da, qatarların hərəkətinin bərpasından sonra hər şey qaydasına düşüb.

 

Bakı Metropoliteninin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı onlara məlumat daxil olub və müvafiq şöbələr bunu araşdıracaq.

 

Apa.az