Bahar Muradova: ATƏT-in Minsk qrupu həmsədrlərinin Laçına və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır

Posted by

ATƏT-in Minsk qrupu həmsədrlərinin Laçına və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini Bahar Muradova jurnalistlərə müsahibəsində söyləmişdir.

B.Muradova bildirmişdir ki, Azərbaycanın işğal altındakı ərazilərinə belə bir missiyanın gəlişi zəruridir. Çünki işğal altındakı ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma aparılır. Suriyadan və dünyanın digər ölkələrindən gələn ermənilər məcburi qaydada Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır. Bu da beynəlxalq konvensiyalara ziddir.

Bu məsələnin Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT qarşısında qaldırıldığını deyən B.Muradova həmsədrlərin Laçına və Kəlbəcərə səfəri zamanı bu faktların onların hesabatlarında əksini tapacağına inandığını bildirmişdir.

AzərTac.az