Anqola Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə önəm verir

Posted by

Anqola Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə önəm verir

Anqola Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə önəm verir

Anqola Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə önəm verir

Mayın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Anqolanın Xarici Əlaqələr Nazirliyinin beynəlxalq münasibətlər üzrə dövlət katibi, səfir Manuel Dominqoş Aquştonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın Afrika qitəsi ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd etmiş, Azərbaycan ilə Anqola arasında siyasi, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmışdır. Elmar Məmmədyarov iki ölkə arasında təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması sahəsində də əməkdaşlığın mümkünlüyünü qeyd etmişdir.

Manuel Dominqoş Aquşto ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsinin aparılmasına önəm verdiyini demiş, Azərbaycanın hələ Sovet İttifaqı dövründə Anqoladan olan mütəxəssislərin hazırlanmasında yaxından iştirak etdiyini və hazırda ADA Universitetində Anqoladan olan tələbələrin təhsil aldıqlarını bildirmişdir.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az