Azərbaycanda yaşayış evləri arasında ara məsafəsi nə qədər olmalıdır?

Posted by

Azərbaycanda yaşayış evləri arasında ara məsafəsi nə qədər olmalıdır?Azərbaycanda yaşayış evləri arasında ara məsafəsi nə qədər olmalıdır?

Azərbaycanda yaşayış evləri arasında ara məsafəsi nə qədər olmalıdır?

Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”da dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, Nazirlər Kabinetinin qərarına əsasən, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu hissəsindən “kənd ərazilərində və” sözləri çıxarılib və həmin hissəyə “divar hündürlüyünün 0,4 hissəsi” sözlərindən sonra “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi” sözləri əlavə edilib.

 

Qeyd edək ki, bundan əvvəl qaydalara görə, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunurdu.

 

Trend.az