Azərbaycanda qanunsuz tələbə qəbulu ilə bağlı işçi komissiya yaradıldı

Posted by

Azərbaycanda qanunsuz tələbə qəbulu ilə bağlı işçi komissiya yaradıldıAzərbaycanda qanunsuz tələbə qəbulu ilə bağlı işçi komissiya yaradıldı

Azərbaycanda qanunsuz tələbə qəbulu ilə bağlı işçi komissiya yaradıldı

Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə kolleclərdə qanunsuz tələbə qəbulu hallarının yoxlanılması məqsədilə birgə işçi komissiya yaradıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron Rayon Təhsil Şöbəsində antikorrupsiya əməliyyatı və Lənkəran Dövlət Humanitar Kollecində qanunsuz tələbə qəbulu ilə bağlı bir sıra məlumatlar yer alıb.

Bu məlumatlarda hüquqazidd xarakterli hadisələrin nə vaxt baş verdiyi və necə aşkar olunduğunun təfərrüatları tam açıqlanmır və istər-istəməz ictimai rəydə qeyri-müəyyənlik yaranır: “Bildiririk ki, istər birinci, istərsə də ikinci hal Təhsil Nazirliyinin araşdırmaları nəticəsində aşkar edilib və müvafiq materiallar aidiyyəti dövlət strukturlarına göndərilib. Həmçinin, Təhsil Nazirliyi digər kolleclərdə də analoji halların yoxlanılması məqsədilə TQDK ilə birgə işçi komissiya yaradıb. Təhsil Nazirliyi görülən işlərlə bağlı ictimaiyyətin daha düzgün məlumatlandırılması, şəffaflıq və qərəzsizlik prinsipinə riayət edilməsi məqsədilə informasiyanın dürüst yayılmasını və mənbəyə dəqiq istinad edilməsini təqdir edir”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulu ilə əlaqədar daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

“Tələbə-Məzun” dövlət elektron sisteminin monitorinqi zamanı 2012-2013 və 2013-2014-cü tədris illəri üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş, lakin keçid balı toplaya bilməyən 69 abituriyentin TQDK-nın bəzi əmrlərinin saxtalaşdırılaraq kollecə qəbul edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

 

Trend.az