Azərbaycanda bələdiyyə seçkilərində müşahidə aparmaq hüququ qazanmaq üçün ayrılmış müddət başa çatıb

Posted by

Azərbaycanda bələdiyyə seçkilərində müşahidə aparmaq hüququ qazanmaq üçün ayrılmış müddət başa çatıbAzərbaycanda bələdiyyə seçkilərində müşahidə aparmaq hüququ qazanmaq üçün ayrılmış müddət başa çatıb

Azərbaycanda bələdiyyə seçkilərində müşahidə aparmaq hüququ qazanmaq üçün ayrılmış müddət başa çatıb

23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ayrıca bir seçki dairəsinin bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.

 

APA-nın məlumatına görə, seçki qanunvericiliyinə əsasən seçki dairəsinin bütün ərazisində müşahidə aparılmasına dair ərizələr müvafiq seçki dairəsinin dairə seçki komissiyasına seçkilərin keçirilməsinə 5 gün qalanadək təqdim edilə bilər.

 

Mərkəzi Seçki Komissiyası (MSK) ayrıca bir seçki dairəsinin bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün dekabrın 18-dək vaxt ayırıb. Müşahidə aparılması barədə hər bir ərizəyə dair qərar ərizənin verildiyi tarixdən dairə seçki komissiyası tərəfindən 2 gün müddətində qəbul edilir. Qanunvericiliyə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təşəbbüsü əsasında ayrıca bir seçki dairəsinin bütün ərazisində müşahidə aparılmasına dair ərizələr müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməlidir.

 

Qeyd edək ki, dekabrın 12-də 23 dekabr 204-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış müddət başa çatıb. Seçki qanunvericiliyinə əsasən, Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələr seçkinin elan edildiyi gündən başlayaraq seçkinin keçirilməsinə 10 gün qalanadək, yəni dekabrın 13-dək MSK-ya təqdim edilməli idi. Beləliklə, həm MSK, həm də seçki dairələrində, yəni ümumilikdə Azərbaycanda 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində müşahidə aparmaq hüququ qazanmaq üçün ayrılmış müddət başa çatıb.

 

Apa.az