ATƏT-in Rusiya-Ukrayna sərhədindəki Müşahidə Missiyasının fəaliyyət müddəti uzadılıb

Posted by

ATƏT-in Rusiya-Ukrayna sərhədindəki Müşahidə Missiyasının fəaliyyət müddəti uzadılıbATƏT-in Rusiya-Ukrayna sərhədindəki Müşahidə Missiyasının fəaliyyət müddəti uzadılıb

ATƏT-in Rusiya-Ukrayna sərhədindəki Müşahidə Missiyasının fəaliyyət müddəti uzadılıb

Rusiya- Ukrayna sərhəddində vəziyyəti izləyən ATƏT-in Müşahidə Missiyasının fəaliyyət müddəti uzadılıb.

 

 

 

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən xəbərinə görə, 57 iştirakçı dövlətin konsensus qərarına əsasən ATƏT-in Müşahidə Missiyası 2015-ci ilin martın 23-dək Rusiya sərhəd-keçid məntəqələrində (Qukova, Donetsk) müşahidə aparacaq.

 

 

Qərara əsasən, missiyanın mandatı dəyişməz olaraq qalır. Qərəzsizlik və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərən 22 müşahidəçi Rusiyanın iki buraxılış məntəqəsində vəziyyəti izləyəcək və bu barədə davamlı hesabat verəcək.

 

 

Xatırladaq ki, bu Müşahidə Missiyası iyulun 24-də ATƏT-in Daimi Şurasının konsensus qərarından sonra yaradılıb .

 

Apa.az