Azərbaycanda bir sıra hərbi hissələrə baxış keçirilib

Posted by

Azərbaycanda bir sıra hərbi hissələrə baxış keçirilib

Azərbaycanda bir sıra hərbi hissələrə baxış keçirilib

Azərbaycanda bir sıra hərbi hissələrə baxış keçirilib

Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Aparatın əməkdaşlarının həmin qurumların səlahiyyətli əməkdaşları ilə birgə hərbi hissə və müəssisələrə başçəkmələri müntəzəm olaraq davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri F.Həsənov və həmin sektorun baş məsləhətçisi A.Hacıyev, Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər üzrə idarəsinin Mənəvi-psixoloji şöbəsinin və Daxili Qoşunlarının Tərbiyəvi İşlər üzrə idarəsinin əməkdaşlarının müşayiəti ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində, Bakı Qarnizonu Hərbi Polisinin hauptvaxtında, Daxili Qoşunların “N” saylı hərbi hissəsində plan üzrə baxışlar keçiriblər.

Hərbi hissələrdə şəxsi heyətlə, Bakı Qarnizonu Hərbi Polisinin hauptvaxtında saxlanılan hərbi qulluqçularla mövcud hərbi qanunvericilik, hərbi nizamnamələr və insan hüquqları mövzusunda söhbətlər aparılmış və onların insan hüquqları ilə bağlı coxsaylı sualları cavablandırılıb. Eyni zamanda hərbi qulluqçuların insan hüquq və azadlıqlarının müdafiəsi vəziyyəti, hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində aparılan işlərlə tanış olunmuş və bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.

Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, hərbi texnikaya yiyələnmək bacarığının, yaşayış şəraitinin, qidalanma və sağlamlığının qorunması vəziyyətinin normal səviyyədə təşkili müşahidə edilib. Daxili Qoşunların tabeliyində olan hərbi hissənin ərazisində müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər bir şəraiti olan modul tipli yataqxanaların istifadəyə verildiyi, ailəli zabit və gizirlər üçün isə 120 mənzilli, müasir tələblərə cavab verən 2 binanın tikintisinin başa çatdırıldığı və yaxın günlərdə istifadəyə veriləcəyi məlum olub.

Qeyd edilən hərbi polisin hauptvaxtına baxış zamanı orada saxlanılan hərbi qulluqçuların saxlanılmasına əsas verən sənədlərlə bağlı, həmçinin saxlanılma şəraiti və həmin şəxslərə qarşı rəftarla əlaqədar hər hansı qanun pozuntusu aşkar edilməyib.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilib.

 

Trend.az