Azərbaycan XİN rəhbəri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Posted by

Azərbaycan XİN rəhbəri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşübAzərbaycan XİN rəhbəri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan XİN rəhbəri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşüb.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son durumu müzakirə olunub.

 

Söhbət əsnasında həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçirilmiş son görüşündən sonra Ermənistan silahlı qüvvələrinin çoxlu sayda şəxsi heyət və texnikanın iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş təxribat xarakterli hərbi təlimlərlə bağlı fikir mübadiləsi aparılıb. Bu kimi addımların təxribatçı məqsədlər güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər münaqişənin həlli istiqamətində əldə olunmuş müsbət meyllərə mənfi təsir göstərdiyi qeyd edilib.

 

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirən E. Məmmədyarov bir sıra Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

 

APA.az